Bakı Slavyan Universiteti

Mənbə: ONA.az

Başlıq: Bakı Slavyan Universiteti

Bakı Slavyan Universitetinin şöbə müdirinin məhkəməsi başlayır

Dürdanə Əliyeva tələbələrin təhsilhaqqının yeyintisilə bağlı ittiham olunur

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyeva məhkəmə qarşısına çıxarılır. O, uzun müddət işlədiyi universitetdə 100-dən çox tələbənin təhsilhaqqı kimi ödədiyi vəsaitləri mənimsəməkdə ittiham olunur.

Dürdanə Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyilə, Telman Hüseynov və Fikrət Qəribovdan ibarət hakimlər kollegiyası baxacaq. Bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 4-də keçiriləcək.

Sabiq şöbə müdirinə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və başqa maddələrilə ittiham irəli sürülüb. Onun ittiham olunduğu müddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Dürdanə Əliyeva həbsdə deyil, istintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Bu cinayət işi 2021-ci ilin yanvarında BSU tələbələrinin Baş Prokurorluğun “Qaynar Xətt”inə şikayətləri əsasında başlanıb. Tələbələr ödədikləri təhsilhaqqının mənimsənildiyini iddia ediblər. Onların şikayətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb və nəticədə Dürdanə Əliyeva təqsirləndirilən şəxs qismində tanınıb.

Dürdanə Əliyevanın ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/e4o8v7

Ən çox baxılan