Bakı Metropoliteni

Mənbə: Bakı Metropoliteni

Başlıq: Bakı Metropoliteni

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək

Qatarlar arasında interval azaldılacaq

Bakı Metropoliteni sərnişindaşıma fəaliyyətində bir sıra dəyişiklik ediləcək.

Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 20-dən yeni tədris ilinin başlanması, həmçinin yay mövsümünün başa çatması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

Sərnişinlərin metrodan daha çox istifadə etdikləri saatlarda qatarlar arasında “Həzi Aslanov-28 May” sahəsində interval 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək.

Bakı Metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

“Pandemiya şəraiti davam etdiyindən müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq.

“Nərimanov” elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq”, - məlumatda deyilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4wcum7

Ən çox baxılan