Bağlanmış bankların əmanətçiləri aksiya keçirdi

Bağlanmış bankların əmanətçiləri aksiya keçirdi

Avqustun 12-də bir qrup vətəndaş Əmənatlərin Sığortalanması Fondunun önündə toplaşıb.

Onlar bağlanmış banklarda bloklanmış əmanətlərin tezliklə qaytarılmasını tələb ediblər.

Avqustun 10-da Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərarını açıqlayıb.

“Hüquqi dövlətdə hər şey qanun çərçivəsində olmalıdır”, – əmanətçilərdən biri Rahim Axundov deyib:

“Hər bir addım qanuna əsaslanmalıdır, yazılı şəkildə olmalıdır. Çünki biz müqaviləni yazılı şəkildə imzalamışıq. Biz, bank və fond öhdəlik götürüb. Amma bu gün fond o öhdəlikləri pozur”.

Digər əmanətçinin sözlərinə görə, fond bir aydır istirahət edirdi, bu vaxta qədər də blokları götürməli idilər.

“”AmrahBank”ı siyahıya salmayıblar. Ona da deyirlər ki, sizin əmanətiniz sığortasız əmanətdir. Necə ola bilər ki, təsis tədbiri dövründə olan yatırımları siz sığortalı sayırsınız, amma “AmrahBank”da heç bir problem yoxdur, niyə onu sığortasız sayırsınız?”

Məhkəmə qərarı əmanətçilərin xeyrinə qəbul edib, qərara görə həmin əmanətlər qanunidir və Fond onları kompensasiya etməlidir.

Fondun Hüquq Departamentinin Korporativ hüquq şöbəsinin müdiri Anar Haqverdiyev bildirib ki, əmanətlərin qaytarılması avqustun 14-dən başlanacaq.

Ana səhifəVideoBağlanmış bankların əmanətçiləri aksiya keçirdi