Xaqani Əkbərov və Nuranə Əkbərova

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Xaqani Əkbərov və Nuranə Əkbərova

Azyaşlı övladlarını döyməkdə günahlandırılan ata həbs olunub

Məqalə yeniləndi:  11 Dekabr 2019

Ögey ana polis nəzarətinə götürülüb

Azyaşlı Qulu və Hüseyn qardaşlarına işgəncə verdiyi deyilən ata Xaqani Əkbərov həbs edilib.

Məlumatı Baş Prokurorluq yayıb. Bildirilib ki, uşaqlara işgəncə verən ögey ana Nuranə Əkbərova barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Səbəb onun 16 həftəlik hamilə olmasıdır.

Xaqani Əkbərov və Nuranə Əkbərova Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələri ilə ittiham ediliblər.

Məlumatda o da deyilir ki, işlə bağlı Bakı Şəhər Prokurorluğunda istintaq tədbirləri davam etdirilir.

İlkin araşdırmada isə məlum olub ki, ata və ögey anaları Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyüblər:

“Onlara qarşı müxtəlif zorakı hərəkətlər edilib. Sağlamlıqlarına qısa müddətə zərər gəlib. Azyaşlıların aldıqları bədən xəsarətlərinin əmələ gəlmə müddətlərinin ataları və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi məhkəmə-tibbi ekspertizasının rəyləri ilə təsdiq olunub”.

İstintaq zamanı azyaşlılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndələrinin, 371 saylı orta məktəbin ixtisaslaşmış müəllim-psixoloqu və xalasının iştirakı ilə ataları və analıqları tərəfindən işgəncələrə məruz qalmaqla çoxsaylı bədən xəsarətləri yetirilməsi barədə ifadə veriblər.

Ağcabədi rayonunun Aşağı Qiyamədinli kənd sakini Qulu kişi sosial şəbəkələrdə videomüraciət yayıb. Həmin müraciətdə qızını 34 yaşı olanda itirdiyini, ondan qalan 2 nəvəsinə ata və ögey anaları tərəfindən işgəncə verildiyi söylənirdi. O bildirirdi ki, 7 ay ərzində uşaqların atası Xaqani Əkbərov və analıqları Nuranə Əkbərova uşaqlara müxtəlif işgəncələr verməklə onların sağlamlıqlarına xələl yetiriblər.

Ata Xaqani Əkbərov “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” proqramına gələrək deyilənləri təkzib edib. O, “kim öz uşağını döyər?”- deyə məsələyə münasibət bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lfn5wx

Ən çox baxılan