Mənbə: Meydan TV

Aztəminatlı ailə: “Cənab prezident, bizə qonaq gəlin”

Aztəminatlı ailə: “Cənab prezident, bizə qonaq gəlin”

“Mən prezidentimizə sonuncu dəfə məktub yazdım. Bilmədim getdi, getmədi? Mənim müraciətim sadəcə bir kəlimə idi, “Xahiş edirəm, cənab prezident, bizə qonaq gəlin”. Bu kasıbların evinə qonaq gəlin. Özünə bildirmək istəyirəm ki, heç bir dövlət işçisi bu vətəndaşlarla maraqlanmır”.

Humay iki övladı və anası ilə üstüaçıq evdə yaşayır. O, imkan etdikcə, evin üstünü düzəltməyə çalışır, bu vaxt da SOCAR-ın işçiləri icazə vermir. Hər dəfə yağış yağanda evdəki qablar dəhlizə düzülür.

Evin yeganə gəliri Humayın anasına və qızına əlilliyə görə verilən təqaüdlərdir. Sərt karantin dövründə bu təqaüdlərə görə ailəyə 190 manat yardım verilməyib.

Türkiyəli həkimlər serebral iflicdən əziyyyət çəkən qızını 25 min dollara sağaldacaqlarını desələr də, o hökumətdən yardım ala bilməyib

SOCAR-ın sözçüsü Səbuhi Şaldiyev bildirib ki, əməkdaşları əraziyə gedib tikinti icazəsi ilə bağlı problemi araşdıracaqlar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bwokjg

Ən çox baxılan