Koronavirus

Mənbə: Foto: arxiv

Başlıq: Koronavirus

Azərbaycanda koronavirusdan daha bir nəfər ölüb

Məqalə yeniləndi:  27 Aprel 2020

Prezident TƏBİB-ə 97 milyon manat pul ayırıb

Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 9-da daha bir Azərbaycan vətəndaşının koronavirus infeksiyasından ölməsi barədə xəbər verib.

Bildirilir ki, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Bundan başqa, 104 nəfərdə koronavirus infeksiyası müəyyən edilib.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxan 38 nəfərin sağalaraq evə buraxıldığı bildirilib.

Hazırda Azərbaycanda 926 nəfərin koronavirus infeksiyasına yoluxduğu bildirilib:

“Onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər ölüb, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə 57 371 test aparılıb”.

Koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi üçün isə Prezident İlham Əliyev “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Aprel 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/n4pajk

Ən çox baxılan