Azərbaycanlı tenorun erməni sənətçi ilə birgə çıxışdan imtina etməsi xəbəri təsdiqini tapmayıb

“Yusif Eyvazov bu məsələ ilə bağlı azacıq da olsa etirazını ifadə etməyib”

Source: Google


“Yusif Eyvazov bu məsələ ilə bağlı azacıq da olsa etirazını ifadə etməyib”

Azərbaycanın xalq artisti, tenor Yusif Eyvazovun milliyətcə erməni soprano Ruzan Mantaşyanla bir səhnədə çıxış etməkdən imtina etməsi xəbəri öz təsdiqini tapmayıb.

“Forumopera.com” portalının ilkin məlumatında bildirilirdi ki, Yusif Eyvazovun erməni həmkarı ilə eyni səhnədə çıxış etməkdən imtinası ilə bağlı xəbəri “Massis Opera” agentliyi yayıb. Bu agentliyin işi opera müğənnilərini beynəlxalq səviyyədə təqdim etməkdir, həmin ifaçılardan biri də Mantaşyandır.

“Lenta.ru” saytının xəbərində qeyd

olunur

ki, Yusif Eyvazov bu məsələ ilə bağlı azacıq da olsa etirazını ifadə etməyib. Məlumatda “ola bilsin ki, anlaşılmazlıq olub”,- deyə qeyd edilib.

Daha əvvəl“Forumopera.com” xəbər yaymışdı ki, azərbaycanlı tenor siyasi səbəblərə görə erməni sənətçi ilə Drezden opera balının açılışındakı çıxışından imtina edib.

Ana səhifəMədəniyyətAzərbaycanlı tenorun erməni sənətçi ilə birgə çıxışdan imtina etməsi xəbəri təsdiqini tapmayıb