Mənbə: youtube

Azərbaycanlı rok və rep ifaçısı Camal Əlinin yeni klipi təqdim olunub

Jamal Ali - Çək

“Çək” adlanan rok mahnısına çəkilən klipdə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 8 və 19 oktyabrda keçirilən mitinqlərində polis zorakılığı, kütləvi həbslər əks olunan kadrlardan istifadə olunub.

Camal Əlinin 2016-ci il dekabrın 31-də “YouTube”da paylaşdığı “Heykəl Baba” (Censored) adlı müsiqivideosu ifaçının anası və qohumlarının polis tərəfindən saxlanmasına səbəb olmuşdu.

Klip ölkə rəhbərliyini gənc fəallara qarşı söz və ifadə azadlığının pozulmasına, təqiblərə son qoyulmasına qarşı çağırışdır.

Camal Əli 1987-ci ildə Bakıda doğulub. 2007-ci ildə H.O.S.T rep qrupunun üzvü olub. 2008-ci ildə qrupu tərk edib. 2012-ci ilin martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən polis tərəfindən saxlanılıb və10 sutka həbs olunub.

Hazırda Berlində yaşayır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/a6h11g

Ən çox baxılan