Azərbaycanlı qızların başlatdığı yeni kino hərəkatı – SEVİL

Azərbaycanlı qızların başlatdığı yeni kino hərəkatı – SEVİL

Azərbaycan incəsənətinin ən güclü qadınlarından biri Sevil bu dəfə kino hərəkatı formasında qayıdır. “SEVİL” Sənədli Qadın Film Festivalı Azərbaycanda gender məsələlərinə toxunan sənədli filmlərin nümayişini həyata keçirir. Komanda sənədli film vasitəsilə qadın gücünə diqqət çəkmək istəyir.

Karantin şərtlərinə uyğun olaraq film festivalının fəaliyyəti limitli şəkildə davam edib. Festival çərçivəsində qadın mövzulu bir neçə film tamaşaçılara təqdim olunub.

Hər il baş tutacaq festivalda film nümayişi ilə yanaşı film çəkilişi təlimləri də nəzərdə tutulub. Pandemiyadan öncə komandanın qızları regionlarda təlimlər keçərək iştirakçılarla birlikdə iki qısa sənədli film ərsəyə gətiriblər.

Film festivalının bütün fəaliyyəti “Sevil” komandası qızlarının könüllü işi nəticəsində ərsəyə gəlib və hələ ki, bu şəkildə də davam edir. Lazım olan vəsaiti qazanmaq üçün komanda qızları əl işlərini “Sevil” shopda satışa çıxarmaq istəyir.

Sərt karantin səbəbi ilə “SEVİL” komandası da gələcək üçün planlar qurmaqda çətinlik çəkir. Amma onlar kənardakıları unutmaq niyyətində deyillər.

Ana səhifəVideoAzərbaycanlı qızların başlatdığı yeni kino hərəkatı – SEVİL