Mənbə: google

Azərbaycanlı pianoçunun Moskvada növbəti konserti olacaq

Riad Məmmədov və onun caz triosu dörd konsertdə XX əsr musiqisinin tarixindən söz açacaq

Pianoçu Riad Məmmədov Moskvada konsert proqramı ilə çıxış edəcək.

Konsert fevralın 26-da Moskva Dövlət Universitetinin Nəbatat bağında olacaq. Riad Məmmədov və triosunun ifasında “Min bir gecə“dən dörd nağıl” silsiləsindən ikinci konsertin premyerası olacaq.

Riad Məmmədov və onun caz triosu bu dörd konsertdə XX əsr musiqisinin tarixindən söz açır.

“İran şahı Şəhriyarla zövcəsi Şəhrizad haqqında “Min bir gecə” nağılı çərçivəyə salınmış povest prinsipi üzərində qurulub və məzmununa yeni müstəqil mətnlər daxil etməyə imkan verir. Biz silsilə konsertlərimizin təşkilində bu prinsipdən istifadə edirik. Musiqi dili ilə danışacağımız dörd nağılda, bəstəkar və ifaçıların yeni musiqinin yaranmasıyla bağlı hisslər, şəxsi əhvalatları və təəssüratları əks olunacaq”, - pianoçu bildirib.

Riad Məmmədov Belçika, Kanada, Fransa, Rusiya və Azərbaycanda beynəlxalq festivallara qatılıb.

Teodor Kurentzisin “MusicAeterna” orkestrinin, Kanadanın “Niagara Silkway” kamera orkestrinin”, “Münchner Philharmoniker” və digər orkestrlərin müşayiəti ilə çıxış edib.

Həm də pedaqoji fəaliyyətlə məşğul olan pianoçu, Azərbaycanın müasir musiqi sənətində janrların sistemləşdirilməsi üzrə elmi məqalələrin və yazıların müəllifidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ssd89w

Ən çox baxılan