Avtandil Məmmədov

Mənbə: meydan tv

Başlıq: Avtandil Məmmədov

Azərbaycanlı ictimai fəal Gürcüstanda 1800 manata azadlığa buraxıldı

Məqalə yeniləndi:  26 İyun 2019

Onun Azərbaycana təhvil verilib-verilməməsi ilə bağlı hələlik qərar verilməyib

Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında iyunun 17-də Gürcüstanda tutulan ictimai fəal, “Hüquq və Azadlıqların Müdafiə İnstitutu”nun rəhbəri Avtandil Məmmədov iyunun 25-də azadlığa buraxılıb.

Bu barədə Meydan TV-yə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı fəal pul girovu qarşılığında həbsdən çıxıb. Amma A.Məmmədovun Azərbaycana təhvil verilib-verilməməsi ilə bağlı hələlik qərar verilməyib, bu istiqamətdə araşdırmalar davam edəcək.

A.Məmmədovun məhkəmə qərarıyla 3 min lari (təxminən 1800 manat) müqabilində həbsdən buraxıldığı bildirilir.

A.Məmmədovun barəsində Azərbaycanda cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. İctimai fəal barədə məhkəmə qərarı çıxarılaraq, beynəlxalq axtarışa verilib.

A.Məmmədovun yaxınları isə bu ittihamın saxta olduğunu, gənc fəalın Gəncə hadisələrilə bağlı fikirlərinə görə təqib olunduğunu deyir. Bildirirlər ki, həmin hadisələrdə öldürülənlər arasında onların qohumu da olub. A.Məmmədov da mediaya müsahibə verərək bu haqda danışıb, adamların, o cümlədən qohumunun heç bir cinayət törətmədiyi halda, hüquq-mühafizə orqanları tərəfindən “cinayətkar” kimi qələmə verilib öldürüldüyünü deyib.

Yaxınlarının sözlərinə görə, A.Məmmədov həbsindən öncə ona qarşı təqib və təzyiqlərlə əlaqədar Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət edib, bu barədə xəbər vermişdi.

2017-ci ildә Azərbaycanı tərk edən A.Məmmədov Gürcüstan hökumәtindәn sığınacaq istәyib. Amma Miqrasiya Xidmәti ona rədd cavabı verib. A.Məmmədov bu cavabdan məhkəməyə müraciət edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  26 İyun 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/c6dzax

Ən çox baxılan