Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası üzrə komissiya işini bərpa edib

“Əminəm ki, tərəflər iki ölkə arasında uzun illər davam edən mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini rəhbər tutacaqlar”

Source: Meydan.TV


Salome Zurabişvili: ''Əminəm ki, tərəflər mehriban qonşuluq münasibətlərini rəhbər tutacaqlar''

Bakıda mayın 23-də Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyanın işi başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, komissiya işini 2 gün davam etdirəcək. Nümayəndə heyətlərinə hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsaliya rəhbərlik edirlər.

Komissiya işini 8 illik fasilədən sonra bərpa edib.

Azərbaycanla Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası məsələsi

Keşikçi dağı

ətrafında Gürcüstanda müzakirələrin başlanmasından sonra aktuallaşdı.

Gürcüstan prezidenti Salome Zurabişvili komissiyanın işinin bərpa olunmasını alqışlayıb.



Report

” xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili rəsmi “Facebook” səhifəsində bu barərə yazıb.

“Əminəm ki, tərəflər iki ölkə arasında uzun illər davam edən mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini rəhbər tutacaqlar”.

Gürcüstan XİN rəhbəri

David Zalkaliani

isə hamını Keşikçi Dağı ilə bağlı emosional çıxışlardan çəkinməyə çağırıb.

Ana səhifəXəbərlərAzərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası üzrə komissiya işini bərpa edib