Mənbə: Meydan TV

“Azərbaycanın beynəlxalq yükdaşıması məhvə doğru gedir”

“Azərbaycanın beynəlxalq yükdaşıması məhvə doğru gedir”

“Qarabağ Transport” yükdaşıma şirkəti 3 ildir ki, rəsmi şəkildə fəaliyyət göstərir. Şirkətin təsisçisi Ramil Bəylərov deyir ki, Azərbaycanda Gömrük Komitəsi və Nəqliyyat Departamenti beynəlxalq yükdaşımanın inkişafına mane olur.

Sahibkar bildirir ki, gömrük keçid məntəqəsində onlara yükün hansı rejimdə boşaldılıb-yığılması ilə bağlı protokol verilmir.

Ramil Bəylərov iddia edir ki, gömrük postundan keçən Dağıstan sürücülərindən də qeyri-qanuni pul alınır. Nəticədə Azərbaycan yükdaşıyıcıları günlərlə süni tıxaclarda gözləməli olur. Bu isə məhsulun xarab olmasına və sürücülərin əlavə xərclərinin yaranmasına şərait yaradır.

Şirkət rəhbəri sahibkarlığa dövlət dəstəyinin olmamasından da şikayətçidir. Deyir ki, ölkədaxili tenderlərdə iştirak edə bilmirlər. O, bunun səbəbini tenderlərdə tanışlıq və qohumbazlığın üstünlük təşkil etməsində görür.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda isə gömrük sahəsində doğru idarəetmə sistemi qurulmayıb. O, problemi həm də Azərbaycanda gömrük qaydalarını tənzimləyən prosedurların olmamasında görür.

İqtisadçı bildirir ki, yükdaşımada Rusiya tərəfdən qaynaqlanan əngəllər də çoxdur. Onun fikrincə, bundan çıxış yolu hökumətin məsələyə müdaxilə etməsi və ölkələrarası yükdaşımada müqavilənin bağlanmasıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xbh704

Ən çox baxılan