Azərbaycandan Avstraliyaya 5.6 milyonluq narkotik maddə aparıldığı iddia olunur

Narkotik maddənin pərdənin içərisində aparıldığı bildirilir

Source: Google


Narkotik maddənin pərdənin içərisində aparıldığı bildirilir

Azərbaycandan Avstraliyaya 5.6 milyon dollar dəyərində “metamfetamin” aparan şəxs məhkəmə qarşısına çıxacaq. “The Sydney Morning Herald” polisə istinadən məlumat yayıb. Sayt xəbər

verir

ki, Azərbaycandan Sidney hava limanına sentyabr ayında beş pərdə göndərilib.

Avstraliya Sərhəd Qüvvələri nümayəndələri paketi açıb və hər pərdənin içərisində bağlı şəkildə “metamfetamin” aşkar edilib.

“Hər pərdədə yumşaq materialın içərisinə bükülmüş təxminən 1,5 kiloqram narkotikin olduğu aşkar edilib,” – NSW polisi mediaya açıqlamasında bildirib.

Polis deyir ki, tapılmış 7,5 kiloqram maddə 5.6 milyon dollar dəyərindədir.

Çatdırılmadan iki həftə sonra Fairfield Local Area-dən olan polis Vederil (Wetherill) Parkında yerləşən Hallstromda bir ünvanda yaşayan 48 yaşlı Arta Zahedini həbs edib.

O, ticari miqdarda narkotik idxalında ittiham olunub.

Ana səhifəDünyaAzərbaycandan Avstraliyaya 5.6 milyonluq narkotik maddə aparıldığı iddia olunur