Azərbaycanda virusa yoluxanların sayı 79-a düşdü

“Hazırda aktiv xəstə sayı 2 513 nəfərdir”.

Source: Aziz Karimov


Bir gündə 2 xəstə vəfat edib

Avqustun 10-da Azərbaycanda 79 adam COVID-19 infeksiyasına yoluxub, 278 nəfər müalicə olunaraq evə buraxılıb, 2 xəstə ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda indiyədək 33 647 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2 513 nəfərdir”.

Operativ qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddətdə isə ümumilikdə 790 141 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda virusa yoluxanların sayı 79-a düşdü