Azərbaycanda virusa yeni yoluxma: 169 nəfər

Ötən müddətdə isə 3 894 683 testin aparıldığını vurğulanıb.

Source: Meydan TV


Operativ Qərargah: "92 nəfər sağalıb"

İyulun 16-da Azərbaycanda 169 adam COVID-19 infeksiyasına yoluxub, 92 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, bu gün COVID-19-dan ölüm halı qeydə alınmayıb.

Operativ Qərargah Azərbaycanda 337 970 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu göstərib: "Onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1 868 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 628, ötən müddətdə isə 3 894 683 testin aparıldığını vurğulanıb.

Ana səhifəSağlıqAzərbaycanda virusa yeni yoluxma: 169 nəfər