Azərbaycanda virusa 2293 yeni yoluxma

Hazırda aktiv xəstə sayı 32 052 nəfərdir

Foto: Meydan TV


31 nəfər vəfat edib

Aprelin 14-də Azərbaycanda 2293 adam COVID-19 infeksiyasına yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 2 071 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 31 nəfərin vəfat etdiyi göstərilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 291 894 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4 009 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 32 052 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 086, ötən müddət ərzində isə ümumilikdə 3 054 472 testin aparıldığı qeyd olunub.

Ana səhifəSağlıqAzərbaycanda virusa 2293 yeni yoluxma