Azərbaycanda son sutkada koronavirus: 220 yeni yoluxma

“Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, bu günə qədər isə ümumilikdə 2 571 016 test icra olunub”, – məlumatda qeyd olunur.

Source: Meydan TV


2 nəfərin vəfat etdiyi bildirilir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Bildirilir ki, indiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib. Hazırda 2 281 aktiv xəstə var".

"Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, bu günə qədər isə ümumilikdə 2 571 016 test icra olunub", – məlumatda qeyd olunur.

Ana səhifəSosialAzərbaycanda son sutkada koronavirus: 220 yeni yoluxma