Azərbaycanda son sutkada 1 nəfər koronavirusdan vəfat edib

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 023, ötən müddətdə isə 3 644 912 testin aparıldığı göstərilib.

Foto: Meydan TV


27 nəfərin virusa yoluxduğu bildirilir

İyunun 16-da Azərbaycanda 27 adam COVID-19 infeksiyasına yoluxub, 162 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 1 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 291 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 329 038 nəfər müalicə olunaraq sağalıb, 4 959 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1294 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 023, ötən müddətdə isə 3 644 912 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda son sutkada 1 nəfər koronavirusdan vəfat edib