Azərbaycanda: Son sutka 39 nəfər koronavirusdan ölüb

Sağalanların sayı yoluxanların sayını üstələyib

Foto: Meydan TV


Sağalanların sayı yoluxanların sayını üstələyib

Aprelin 22-də Azərbaycanda 2 047 adam COVID-19 infeksiyasına yoluxub, 2 610 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda analiz nümunələri müsbət çıxan 39 nəfərin vəfat etdiyi göstərilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 307 980 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 272 575 nəfər müalicə olunaraq sağalıb, 4 274 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 31 131 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 542, ötən müddət ərzində isə ümumilikdə 3 153 877 testin aparıldığı qeyd olunub.

Ana səhifəXəbərlərAzərbaycanda: Son sutka 39 nəfər koronavirusdan ölüb