Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Operativ Qərargah: “İndiyə qədər ümumilikdə 1 777 426 vaksin vurulub”

Source: Koronavirus.az


Operativ Qərargah: “İndiyə qədər ümumilikdə 1 777 426 vaksin vurulub”

Azərbaycanda mayın 15-də 15794 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 897, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 897 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 777 426, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 026 376, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 751 050 nəfər təşkil edir.

Ana səhifəSağlıqAzərbaycanda peyvənd olunanların sayı açıqlandı