Azərbaycanda ölüm cəzasının bərpası təklif edildi

Siyavuş Novruzov: ”Biz insanlara belə ağır cəza verə bilmərik”

Source:


Siyavuş Novruzov: ”Biz insanlara belə ağır cəza verə bilmərik”

Milli Məclisin mayın 16-da keçirilən plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycanda ölüm hölmünün bərpa edilməsini təklif edib. O vurğulayıb ki, Azərbaycan hərbçiləri arasında təxribatçıların aşkarlanması məsələsindən sonra buna zərurət olduğu ortaya çıxır. Deputat deyib ki, bir çox ölkədə bu təcrübə var. Onun sözlərinə görə, beynəlxalq qanunvericilik və konvensiyalar da bunu qadağan etmir.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə təklifə etiraz edib. O qeyd eib ki, ölüm hökmü hələ zamanında Heydər Əliyev tərəfindən ləğv edilib:

“Odur ki, ölüm hökmünün yenidən gündəmə gətirilməsi və bərpa edilməsi düzgün addım deyil. Biz insanlara belə ağır cəza verə bilmərik. Çünki həyatı insana Allah verib və Allah da insana verdiyi canı ala bilər. Ancaq bununla belə onu deyə bilərəm ki, elə cəzalar var ki, ölümdən də betərdir”.

Ana səhifəXəbərlərAzərbaycanda ölüm cəzasının bərpası təklif edildi