Koronavirus

Mənbə: Foto: arxiv

Başlıq: Koronavirus

Azərbaycanda koronavirusdan ölənlərin sayı 50-ni ötüb

Daha 2 nəfər ölüb, 78 nəfər sağalıb

Mayın 27-də Azərbaycanda 165 nəfər koronavirusa yoluxub. 78 nəfər müalicə olunaraq evə buraxılıb, 2 nəfər ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah ölən şəxslərin 1949 və 1957-ci il doğumlu olduqlarını bildirib.

Operativ Qərargah Azərbaycanda hazırda 4568 nəfərin koronavirus infeksiyasına yoluxduğunu vurğulayıb. Onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər ölüb, 1617 nəfərinsə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Digərlərinin səhhəti stabildir.

Operativ qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280.663 testin aparıldığını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ojcwfw

Ən çox baxılan