Azərbaycanda koronavirusdan ölənlərin sayı 40-ı keçdi

“Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, bu günə qədər isə ümumilikdə 4 414517 test icra olunub”, – deyə məlumatda qeyd olunur.

Foto: Meydan TV


“4 241 yeni yoluxma faktı qeydə alınıb”

Avqustun 28-də  Azərbaycanda sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki,  3 366 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

Operativ Qərargahın məlumatına görə, indiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib. 50 244 nəfər aktiv xəstə sayını təşkil edib”.

Ötən gün yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, bu günə qədər isə ümumilikdə 4 414517 test icra olunub.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusdan ölənlərin sayı 40-ı keçdi