Azərbaycanda koronavirusdan ölənlərin sayı 250 nəfər oldu

“Bu gün 6722 koronavirus testi aparılıb”.

Source: Архив


Bir gündə daha 523 şəxs virusa yoluxub

İyulun 5-də Azərbaycanda 523 adam COVİD-19 infeksiyasına yoluxub, 451 nəfər müalicə olunaraq evə buraxılıb, 9 pasiyent isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycanda indiyə qədər 20 324 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 11 742 nəfəri müalicə olunaraq sağalıb, 250 xəstə ölüb, 8332 adam isə xüsusi rejimli xəstəxanalarda müalicə olunur.

Operativ qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 516 min 533 testin aparıldığını qeyd edib:

“Bu gün 6722 koronavirus testi aparılıb”.

Ana səhifəSosialAzərbaycanda koronavirusdan ölənlərin sayı 250 nəfər oldu