Azərbaycanda: Koronavirusdan 11 nəfər ölüb

Azərbaycanda karantin rejimi 1 aprel saat 06.00-dək uzadılsa da, sms sistemi yanvarın 18-dən etibarən ləğv edilib.

Source: Aziz Karimov


İnfeksiyaya yoluxma sayı 322 nəfərdir

Yanvarın 17-də Azərbaycanda 11 adam COVİD-19 infeksiyasından ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, 322 nəfər infeksiyaya yoluxub, 845 adam sağalıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 227 min 273 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 215 min 268 nəfər müalicə olunaraq sağalıb, 3009 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 8996 nəfərdir”.

O cümlədən, ötən müddətdə 2 milyon 318 min 193 testin aparıldığı bildirilib:

“Bugünkü test sayı isə 6776-dır”.

Azərbaycanda karantin rejimi 1 aprel saat 06.00-dək uzadılsa da, sms sistemi yanvarın 18-dən etibarən ləğv edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın

məlumatı

nda deyilir:

“Ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla); bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); muzey və sərgi zallarının fəaliyyəti; şəhərlərarası və rayonlararası hərəkət”.

Eyni zamanda, fevralın 1-dən isə Azərbaycanda ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.


Yanvarın 18-dən

Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlanacaq.

Ana səhifəSosialAzərbaycanda: Koronavirusdan 11 nəfər ölüb