Azərbaycanda koronavirusa yoluxmuş daha 6 nəfərin öldüyü deyilir

Operativ qərargah son sutkada 8045, ötən müddətdə isə ümumilikdə 560356 testin aparıldığını qeyd edib.

Source: Архив


Gün ərzində infeksiyaya yoluxma sayı 531 nəfərdir

İyulun 11-də Azərbaycanda 531 adam COVID-19 infeksiyasına yoluxub, 514 nəfər müalicə olunaraq evə buraxılıb, 6 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib ki, Azərbaycanda indiyə qədər 23 min 521 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 pasient isə ölüb. Hazırda 8 min 616 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.

Operativ qərargah son sutkada 8045, ötən müddətdə isə ümumilikdə 560356 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxmuş daha 6 nəfərin öldüyü deyilir