Mənbə: google

Azərbaycanda koronavirusa yoluxma artıb: 714 nəfər

Məqalə yeniləndi:  21 Oktyabr 2020

"176 nəfər müalicə olunaraq sağalıb"

Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

"Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir", - məlumatda bildirilir.

Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb: "Bugünkü test sayı isə 9 072-dir".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  21 Oktyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lvrmm4

Ən çox baxılan