Azərbaycanda koronavirusa yoluxanların sayı 43 nəfər də artdı

Onlardan 6 nəfərinin vəziyyəti ağırdır

Source: google.az

Martın 27-də Azərbaycanda 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bilidirilib ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Operativ Qərargah karantin zonalarına 3485 nəfərin müayinə olunduğunu qeyd edib.

Bildirilib ki, koronavirusa yoluxma halları Azərbaycana xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkənin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

Azərbaycanda indiyədək 165 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 3 nəfəri ölüb, 15 nəfəri sağalaraq evə göndərilib.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxanların sayı 43 nəfər də artdı