Azərbaycanda koronavirusa günlük yoluxma artıb

Avqustun 9-da Azərbaycanda koronavirus infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınmışdı.

Source: Meydan TV


1736 yeni yoluxma qeydə alınıb, 12 nəfər vəfat edib

Avqustun 10-da Azərbaycanda 1736 adam COVID-19 infeksiyasına yoluxub, 435 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 12 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 354662 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 335771 nəfər müalicə olunaraq sağalıb, 5084 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 13807 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10081, ötən müddətdə isə 4133796 testin aparıldığı göstərilib.

Avqustun 9-da Azərbaycanda koronavirus infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınmışdı.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa günlük yoluxma artıb