Azərbaycanda koronavirusa 371 yeni yoluxma

18 nəfərin vəfat etdiyi bildirilir

Foto: Meydan TV


18 nəfərin vəfat etdiyi bildirilir

Azərbaycanda bu gün koronavirus infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 892 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada nəfər 18 “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib. 15 378 nəfər aktiv xəstə sayını təşkil edib”.

Məlumatda deyilir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6 946, bu günə qədər isə ümumilikdə 3 337 931 test icra olunub.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa 371 yeni yoluxma