Azərbaycanda koronavirusa 314 yeni yoluxma

“124 nəfər sağalıb, 2 nəfər vəfat edib”

Source: Meydan TV


“124 nəfər sağalıb, 2 nəfər vəfat edib”

Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı 314 yeni hal aşkarlanıb

Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 314 yeni hal aşkarlanıb.

Bu barədə martın 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 124 nəfər sağalıb, 2 nəfər vəfat edib.

Məlumata görə, yoluxanların ümumi sayı 235 647 nəfərdir: “O cümlədən 229 267 nəfər müalicə olunub, 3 232 nəfər vəfat edib, 3 148 aktiv xəstənin müalicəsi davam edir”.

Qərargah bildirib ki, son sutkada 9 183 test keçirilib.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirusa 314 yeni yoluxma