Azərbaycanda koronavirusa 2075 yeni yoluxma

“Bugünkü test sayı isə 12679-dur”.

Foto: Meydan TV


32 nəfər vəfat edib

Aprelin 21-də Azərbaycanda 2075 adam COVİD-19 infeksiyasına yoluxub, 2480 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 32 nəfərin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 305 min 933 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 269 min 965 nəfər müalicə olunaraq sağalıb, 4235 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 31733 nəfərdir”.

Qərargah ötən müddətdə 3 milyon 141 min 335 testin aparıldığını göstərib: “Bugünkü test sayı isə 12679-dur”.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa 2075 yeni yoluxma