Azərbaycanda koronavirusa 1289 adam yoluxub

“Hazırda aktiv xəstə sayı 10 882 nəfərdir”

Source: Meydan TV


5 xəstə vəfat edib

Avqustun 7-də Azərbaycanda 1289 adam COVID-19 infeksiyasına yoluxub, 409 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 5 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 350 605 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 334 667 nəfər müalicə olunaraq sağalıb, 5 056 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 10 882 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 625, bu günə qədər isə 4 107 190 testin icra olunduğunu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa 1289 adam yoluxub