332 nəfərin virusa yoluxduğu açıqlanıb
Yanvarın 20-da Azərbaycanda 332 nəfər COVİD-19 infeksiyasına yoluxub, 897 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər ölüb.
Qərargah ümumilikdə Azərbaycanda 228 min 28 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu, onlardan 217 min 617 adamın sağaldığını xatırladıb: “3044 pasiyent isə ölüb. Hazırda aktiv xəstə sayı 7367 nəfərdir”.
Eyni zamanda, ötən müddətdə 2 milyon 336 min 498 testin aparıldığı bildirilib:
“Bugünkü test sayı isə 7991-dir”.