Azərbaycanda koronavirus: 68 yeni yoluxma, 3 ölüm

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 316, ötən müddət ərzində isə 3 637 889 testin aparıldığını vurğulayıb.

Source: Meydan TV


177 nəfərin sağaldığı bildirilir

İyunun 15-də Azərbaycanda 68 adam COVID-19 infeksiyasına yoluxub, 177 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 3 pasiyent vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 264 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 adam ölüb. Hazırda aktiv xəstə sayı 1430 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 316, ötən müddət ərzində isə 3 637 889 testin aparıldığını vurğulayıb.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 68 yeni yoluxma, 3 ölüm