Azərbaycanda koronavirus: 615 yoluxma, 5 ölüm

“Hazırda aktiv xəstə sayı 4955 nəfərdir”

Source: Meydan TV


"181 nəfər müalicə olunaraq sağalıb"

İyulun 29-da Azərbaycanda 615 adam COVID-19 infeksiyasına yoluxub, 181 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 5 xəstə vəfat edib.

Operativ Qərargah Azərbayccanda indiyə qədər 342548 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 332574 nəfər müalicə olunaraq sağalıb, 5019 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4955 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10423, ötən müddətdə isə 4014073 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 615 yoluxma, 5 ölüm