Azərbaycanda koronavirus: 61 yoluxma

“Bugünkü test sayı isə 8746-dır”.

Mənbə: Meydan TV


"Hazırda aktiv xəstə sayı 1775 nəfərdir"

İyunun 12-də Azərbaycanda 61 adam COVİD-19 infeksiyasına yoluxub, 204 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 2 pasiyent vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 335 min 126 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 328 min 398 nəfər müalicə olunaraq sağalıb, 4953 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 1775 nəfərdir".

Qərargah ötən müddətdə 3 milyon 615 min 110 testin aparıldığını göstərib: "Bugünkü test sayı isə 8746-dır".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 61 yoluxma