Azərbaycanda koronavirus: 57 yeni yoluxma, 11 ölüm hadisəsi

273 nəfərin sağaldığı bildirilir

Foto: Meydan TV

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, 273 nəfər müalicə olunaraq sağalıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Bildirilir ki, indiyədək ölkədə ümumilikdə 229 032 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 565 nəfər müalicə olunaraq sağalıb, 3 093 nəfər vəfat edib, aktiv xəstə sayı 5 374 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 257, ötən müddət ərzində isə ümumilikdə 2 364 809 test aparılıb.

Ana səhifəSosialAzərbaycanda koronavirus: 57 yeni yoluxma, 11 ölüm hadisəsi