Azərbaycanda koronavirus: 36 yoluxma, 44 sağalma

Foto: Meydan.TV

“319 aktiv xəstə var”

Aprelin 5-də Azərbaycanda 36 nəfər COVID-19 infeksiyasına yoluxub, 44 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 2 xəstə vəfat edib.

Operariv Qərargah Azərbaycanda indiyə qədər 792 103 nəfərin koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 pasiyent ölüb. Aktiv xəstə sayı 319 nəfərdir”.

Son sutkada 4 867, hazırkı dövrədək isə 6 721 330 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 36 yoluxma, 44 sağalma