Azərbaycanda koronavirus: 30 xəstə vəfat edib

Foto: Meydan Tv

“1774 adam COVID-19 infeksiyasına yoluxub”

Noyabrın 11-də Azərbaycanda 1774 adam COVID-19 infeksiyasına yoluxub, 2 365 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 30 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 554 096 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 516 013 nəfər müalicə olunaraq sağalıb, 7 372 pasiyent ölüb. Aktiv xəstə sayı 30711 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 350, ötən müddətdə isə 5 321 217 testin aparıldığı göstərilib.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 30 xəstə vəfat edib