Azərbaycanda koronavirus: 1783 yeni yoluxma

Operativ Qərargah Azərbaycanda indiyə qədər 467173 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib

Source: Meydan.TV


32 xəstənin vəfat etdiyi bildirilir

Sentyabrın 16-da Azərbaycanda 1783 nəfər COVİD-19 infeksiyasına yoluxub, 3680 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 32 xəstənin vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 467173 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 423705 nəfər müalicə olunaraq sağalıb, 6227 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 37241 nəfərdir".

O cümlədən, bu günə qədər 4702934, son sutkada 12 852 testin icra olunduğu vurğulanıb.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1783 yeni yoluxma