Azərbaycanda koronavirus: 176 yeni yoluxma

“Bugünkü test sayı isə 9649-dur”.

Source: Meydan TV


8 xəstənin vəfat etdiyi bildirilir

İyunun 1-də Azərbaycanda 176 adam COVİD-19 infeksiyasına yoluxub, 475 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 8 xəstənin vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 334 min 132 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 325 min 045 nəfər müalicə olunaraq sağalıb, 4921 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4171 nəfərdir".

Qərargah ötən müddətdə 3 milyon 523 min 638 testin aparıldığını göstərib: "Bugünkü test sayı isə 9649-dur".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 176 yeni yoluxma