Azərbaycanda koronavirus: 164 yoluxma, 7 ölüm

“Bugünkü test sayı isə 7004-dür”.

Source: Meydan TV


"Hazırda aktiv xəstə sayı 5203 nəfərdir"

Mayın 29-da Azərbaycanda 164 adam COVİD-19 infeksiyasına yoluxub, 419 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 7 pasiyent vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 333 min 723 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 323 min 617 nəfər müalicə olunaraq sağalıb, 4903 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 5203 nəfərdir".

O cümlədən, ötən müddətdə 3 milyon 503 min 639 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 7004-dür".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 164 yoluxma, 7 ölüm