Azərbaycanda koronavirus: 148 yoluxma

“Hazırda aktiv xəstə sayı 2 242 nəfərdir”.

Foto: Meydan TV


"2 xəstə vəfat edib"

İyulun 19-da Azərbaycanda 148 adam COVİD-19 infeksiyasına yoluxub, 56 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 2 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 338 586 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 331 350 nəfər müalicə olunaraq sağalıb, 4 994 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2 242 nəfərdir".

O cümlədən son sutkada 6 022, hazırkı dövrədək isə 3 920 841 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 148 yoluxma