Azərbaycanda koronavirus: 141 yoluxma, 4 ölüm

“Bugünkü test sayı isə 5535-dir”.

Foto: Meydan TV


"Hazırda aktiv xəstə sayı 4854 nəfərdir"

Mayın 30-da Azərbaycanda 141 adam COVİD-19 infeksiyasına yoluxub, 486 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 4 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 333 min 864 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 324 min 103 nəfər müalicə olunaraq sağalıb, 4907 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4854 nəfərdir".

Qərargah ötən müddətdə 3 milyon 509 min 174 testin aparıldığını göstərib:

"Bugünkü test sayı isə 5535-dir".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 141 yoluxma, 4 ölüm