Azərbaycanda koronavirus: 128 yeni yoluxma, 3 ölüm faktı

“Bugünkü test sayı isə 9563-dür”.

Foto: Meydan TV


Operativ Qərargah: "445 nəfər sağalıb"

İyulun 3-də Azərbaycanda 128 adam COVİD-19 infeksiyasına yoluxub, 445 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Deyilir ki, analiz nümunələri müsbət çıxan 3 pasiyent vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 334 min 416 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 325 min 863 nəfər müalicə olunaraq sağalıb, 4929 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 3624 nəfərdir".

O cümlədən, ötən müddətdə 3 milyon 542 min 35 testin aparıldığı göstərilib: "Bugünkü test sayı isə 9563-dür".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 128 yeni yoluxma, 3 ölüm faktı