Azərbaycanda koronavirus: 1220 yoluxma

“Bu günə qədər 4 milyon 116 min 768 testin icra olunduğu göstərilib”

Source: Meydan TV


7 xəstə vəfat edib

Avqustun 8-də Azərbaycanda 1220 adam COVID-19 infeksiyasına yoluxub, 358 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 7 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 351 min 825 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 335 min 25 nəfər müalicə olunaraq sağalıb, 5063 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 11 min 737 nəfərdir".

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 578, bu günə qədər isə 4 milyon 116 min 768 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1220 yoluxma