Azərbaycanda koronavirus: 12 yoluxma, 18 sağalma

Source: Meydan TV

Aktiv xəstə sayı 129 nəfərdir”

Aprelin 22-də Azərbaycanda 12 nəfər COVID-19 infeksiyasına yoluxub, 18 nəfər müalicə olunaraq sağalıb. Bu gün analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah Azərbaycanda indiyədək 792 min 457 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 621 nəfər müalicə olunaraq sağalıb, 9 min 707 pasiyent ölüb. Aktiv xəstə sayı 129 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 331, bu günə qədər isə 6 milyon 788 min 729 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 12 yoluxma, 18 sağalma