Azərbaycanda koronavirus: 1196 yoluxma

“Hazırda aktiv xəstə sayı 9118 nəfərdir”.

Source: Meydan TV


4 xəstə vəfat edib

Avqustun 5-də Azərbaycanda 1196 adam COVID-19 infeksiyasına yoluxub, 219 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində analiz nümunələri müsbət çıxan 4 xəstənin vəfat etdiyi bilirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 348 min 074 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 333 min 913 nəfər müalicə olunaraq sağalıb, 5043 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 9118 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 046, bu günə qədər isə 4 milyon 83 min 746 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1196 yoluxma